Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
MƏNİM ANA DİLİM

0

  • Mənim ana dilim! Bu o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Füzuli  eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza canımıza hopmuşdur. Ana dili bizim müqəddəs sərvətimiz anamızın dilidir. Ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq  dərsliyidir. Ürəklərimizə hərarət gətirən, öz keçmişimizə bağlayan, gələcəyə səsləyən  mənəvi xəzinədir. Bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.  
    Dilsiz insan  susuz səhralara bənzər. İnsan hələ körpə ikən dilin vasitəsi ilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi  nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini öyrənməyə çalışır. Mənim ana dilim Azərbaycan dilidir. Üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir. Azərbaycan respublikasının dövlət dilidir.    Dilimiz həm gözəl, həm də şirindir. Ən mürəkkəb fikirləri ifadə etməyə qadirdir.
    Səni şəfəq bildm bu cahanda mən,
    Bəzən şimşək olub qəzəblə çaxdın.
    İlk dəfə dünyaya göz açanda mən, 
    Qəlbimə günəşin özüylə axdın.
    Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, hikmətli fikirlər söylənmişdir. Dilimiz haqqında yazıçı M.İbrahimov yazırdı:  Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqi ilə doludur.  Çox-çox əvvəllər dilimizə qarşı hücumlar olmuş, onu yasaq etmişlər. Ancaq öz mənəviyyatına hörmətlə yanaşan ziyalılarımız, sənətkarlarımız onu qorumuş, yox olmağa qoymamışlar. Hələ Şah İsmayıl Xətainin hakimiyyəti dövründə  dilimiz dövlət dili səviyyəsinə yüksəlmiş, ondan diplomatik  hərbi təlim dili kimi istifadə olunmuşdur.Uzun illər şair və yazıçılarımız bu dildə yazıb yaratmışlar. SSRİ  dövründə ölkəmizdə Azərbaycan dili konstitusiyaya  görə dövlət dili statusuna malik idi. Ancaq bəzi fasonlu ədabazlarımız öz dilimizdə danışmağı ar bilir,  Rus dilində danışmağa üstünlük verirdilər. Unudulmaz şairimiz B.Vahabzadə həmişə belələrinə etiraz etmiş, xalqımızı öz şeirlərində dilimizi sevməyə, qorumağa çağırmışdır. Bəli insan öz dilini sevib qorumasa bir xalq kimi mövcud ola bilməz. İ.Həsənoğlu, Nəsimi , Xətai, Füzuli, Vidadi, Vaqif, M.F.Axundov, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, R.Rza, N.Xəzri kimi dahi söz ustalarımız doğma dilimizdə gözəl sənət inciləri yaratmış və  dilimizin saflığını qorumuşlar.Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan dilinə rəsmi dövlət dili statusu verilmişdir. İndi hər şey ana dilimizdədir. Hamımız onu sevir və qoruyuruq.  
    Ulu Öndərimiz Heydər Əliyev 2001-ci il avqust ayının 9-da belə bir fərman imzaladı; 1 avqust hər il ölkəmizdə  “Azərbaycan  Əlifbası və Azərbaycan Dili  Günü” kmi qeyd olunsun. Bəli, hər il bu günü bayram günü kimi qeyd edirik. Dili yaşadan xalqdır, xalqı yaşadan dildir. Doğma dilim sən ki, varsan dünyada,Mən də varam! Söyləməyə haqlıyam.Anam! Ana dilim!  Ana  vətənim!Mən bütün qəlbimlə sizə bağlıyam!
    Nataliya Yusifova,
    Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib55 dəfə
    mƏnİm ana dİlİm

    Maraqlı gələ bilər
    118
    29
    127